Azərbaycan informasiya texnologiyası sahəsində Qafqazda liderdir

Azərbaycan Cənubi Qafaqazda informasiya texnologiyaları sahəsində liderlik edir. Dünya İqtisadi Forumunun 2008-2009-cu il üzrə qlobal informasiya texnologiyaları hesabatında belə deyilir. Azərbaycan siyahıda 60-cı, Gürcüstan 88-ci, Ermənistan isə 114-cüdür.

Ümumilikdə hesabat 134 ölkəni əhatə edir.

İnformasiya texnologiyaları sahəsində Danimarka və İsveç liderdir. Daha sonra Amerika, Sinqapur, İsveçrə və digər Skandinaviya ölkələri gəlir.

Hesabatda deyilir ki, yaxşı təhsil, yüksək səviyyəli texnoloji hazırlıq və innovasiya hazırkı iqtisadi böhrana üstün gəlməyin mühüm vasitələridir.

Dünya İqtisadi Forumu 8 ildir ardıcıl bu hesabatı nəşr edir.