Aprelin 1-də Londonda ABŞ və Rusiya prezidentlərinin görüşü olacaq

Rusiyayla Birləşmiş Ştatlar Strateji Silahların İxtisarı və ikitərəfli münasibətlərlə bağlı birgə sənəd imzalaya bilərlər.

Bunu Rusiya prezidentinin xarici məsələlər üzrə müşaviri Sergey Prixodko deyib.

Aprelin 1-də Londonda ABŞ prezidenti Barak Obamayla Rusiya prezidenti Dimitri Medvedev arasında görüş gözlənilir.

Aprelin 2-də isə Londonda böyük 20-lər ölkələrinin sammiti keçiriləcək.

Sammitdə qlobal iqtisadi böhrandan çıxış yolları müzakirə olunacaq.