Tərtər rayonundakı hərbi hissələrin birində Zərdab rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış əsgər Yasəf Qasımov xidməti silahından atəş açaraq əsgər yoldaşları İlkin Abdullayev və Tural Həsənovu qətlə yetirib. Bu haqda «Turan» agentliyi məlumat yayıb.
İlkin Abdullayev Astara, Tural Həsənov isə Sabirabad rayonundan hərbi xidmətə çağırılıb.
Əsgər İlkin Abdullayevin müəmmalı şəkildə ölümü ilə bağlı məlumatı «Azadlıq» radiosu yaymışdı. Əsgərin ölümünü radionun əməkdaşına onun ailəsi təsdiqləmişdi.
Əsgərlərin arasında insidentin baş vermə səbəbi barədə məlumat verilmir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb. Belə ki, mətbuat xidmətinin telefonu gün ərzində məşğul olub.
Faktla bağlı Tərtər rayon Hərbi Prokurorluğunda cinayət işi başlanıb.