Martın 31-də İstanbulun Maltepe universitetində xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunan simpozium keçiriləcək. Bu barədə «Azadlıq» radiosuna professor Kamil Vəli Nərmanoğlu məlumat verib.
Tədbir «Türk dilləri arasındakı tərcümə işlərinin bugünkü durumu və rast gəlinən problemlər»ə həsr olunur.
«Simpoziumda Azərbaycanı yazıçı Anar başda olmaqla, mən və Bakı Slavyan Universitetinin əməkdaşı Nuridə Novruzova təmsil edəcəyik. Bundan başqa, Türkiyə, Rusiya, Özbəkistan və başqa ölkələrdən nümayəndələr, alimlər, elm adamları, sənətçilər konfransa qatılacaq.
Simpoziumda Bəxtiyar Vahabzadənin yaradıcılığından danışacağıq, böyük şairə həsr olunmuş filmlər nümayiş etdiriləcək, kitab sərgisi olacaq. Yəni təkcə Vahabzadəni anmayacağıq, həm də bu böyük şairə üz tutaraq, türk dünyasının problemlərindən danışacağıq»-, deyə professor bildirib.
Simpozium aprelin 5-nə kimi davam edəcək.