Dünya Bankının proqnozu Rusiya hökumətinin proqnozundan 2 dəfə pisdir

Dünya Bankı bildirib ki, Rusiya iqtisadiyyatı bu il 4,5 faiz geriləyəcək.
Bu, Rusiya hökumətinin proqnozundan 2 dəfə pisdir.

Bankın fikrincə, Rusiyadakı indiki böhran 1998-ci il böhranından qat-qat uzun çəkə bilər.
Bank hesab eləyir ki, bunun sosial vəziyyətə təsiri gözlənildiyindən sürətli ola bilər.