ABŞ dövlət katibi Hillari Klinton bildirir ki, avqusta təyin olunmuş seçkilərin keçirilməsi üçün Əfqanıstana 40 milyon dollar dəyərində yardım ayrılacaq.
Dövlət katibi bu haqda Haaqada keçirilən konfrans zamanı deyib. Onun sözlərinə görə «ədalətli və təhlükəsiz seçki prosesi» Əfqanıstanda nail olunmalı ən vacib məsələlərdən biridir. Hillari Klinton bildirib ki, ABŞ heç bir namizədi nə dəstəkləyir, nə də onun əleyhinə deyil. Lakin seçkilərin ədalətli keçməsini istəyir.