Aprelin 6-dan Böyük Britaniya Avropa Birliyi, Norveç və Lüksemburqdan başqa bütün ölkələrin vətəndaşları üçün yeni tələbə miqrasiya sisteminə keçəcək. «Tier 4» adlanan yeni sistem qiymətləndirmə əsasında işləyəcək.
Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karolin Braun deyir ki, məqsəd bu sahədə şəffaflıq yaradılmasıdır. Yeni viza sistemi qüvvəyə mindikdən sonra tələblər yalnız Böyük Britaniyada təhsil vermək üçün lisenziya almış təhsil müəssisələrinə qəbul ola bilərlər. İngiltərədə dil təkmilləşdirmə kursları da bununla bağlı rəsmi lisenziya almalıdır. Əks halda bu təhsil müəssisələri xaricdən tələbə dəvət edə bilməyəcəklər.
İkinci vacib məqam isə İngiltərədə ali məktəbə qəbul olunan tələbənin bu ölkədə ən azı 9 ay yaşaya bilməsi üçün maliyyə imkanlarını sübut edən sənədinin olmasıdır. Britaniya hökuməti tələbənin hesabında hər ay üçün 800 funt-sterlinq olduğunu təsdiq edən bank sənədi tələb edir.
Bundan başqa, Britaniya hökuməti viza alan tələbənin təhsil dövründə yarım ştatda – həftədə 20 saat, tətil dövründə isə tam ştatda öz ixtisasına uyğun işləməsi haqqını tanıyacaq.
Hər hansı yanlış və bilərəkdən doğru olmayan informasiya isə Britaniya Krallığının qapılarını viza üçün müraciət edən vətəndaşların üzünə 10 illiyə bağlayacaq.