Çexiyada iqtisadi böhran üzündən 5 dövlətin vətəndaşlarına işçi vizası verilməsi dayandırılıb. Çexiyanın Xarici İşlər Nazirliyindən bildiriblər ki, öz vətəndaşlarını iş yerləriylə təmin edə bilmək üçün müvəqqəti olaraq bu addımı atırlar.
Qərara görə, Ukrayna, Moldova, Vyetnam, Tailand və Monqolustan vətəndaşlarına azı bir neçə həftə ərzində iş icazəsi və işçi vizaları verilməyəcək.
Çexiya Almaniya və Şərqi Avropada bank sektorunun maliyyə böhranından ziyan çəkməsi üzündən iqtisadi böhranla üz-üzə qalıb.
Bu ilin əvvəlində Çexiya hökuməti könüllü olaraq ölkəsinə qayıtmağa razılaşan xarici işçilərə təyyarə biletinin pulu və 500 avro bonus verməyə də razılaşmışdı.