Keçmiş Leninqradda Leninin heykəli partaldıldı

Rusiyanın Sank-Peterburq şəhərində Leninin heykəli partladılıb.

Yerli polisin verdiyi məlumata görə, kommunist liderinin "Bolşevik inqilabı"ndan əvvəl mühacirətdən qayıdışını əks etdirən abidə aprelin 1-nə keçən gecə partladılıb. Hadisədə Leninin abidəsindən başqa zərərçəkən olmayıb.

Şəhər hakimiyyəti hadisəni qəddarlıq aktı kimi qiymətləndirib və Leninin abidəsini yenidən bərpa edəcəklərini deyiblər.