Albaniya və Xorvatiya NATO-ya üzv oldu

Aprelin 1-də Albaniya və Xorvatiyanın NATO-ya üzvlüyü rəsmiləşib. Üzvlüklə bağlı sənədi Albaniyanın səfiri Aleksander Sallabanda və Xorvatiyanın səfiri Kolinda Grabar-Kitarovic imzalayıb. NATO tərəfindən isə sənədə ABŞ Dövlət Katibinin müavini Ceyms Şteynberq imza atıb.

Hər iki Balkan dövlətinin bloka üzvlüyü məsələsi 2008-ci ilin aprelində NATO-nun Buxarest sammitində demək olar ki həll olunmuşdu.

Xorvatiya və Albaniya ilə birgə NATO üzvlərinin sayı 28-ə çatıb.

Albaniyanın və Xorvatiyanın baş nazirləri bu həftə, Strasburdakı NATO-nun 60 illik yubiley sammitində üzv ölkənin liderləri kimi öz dövlətlərini təmsil eləyəcəklər.