Dünya Bankı Azərbaycanın nəqliyyat sektoruna yarım milyard dollardan çox vəsait ayıra bilər

Dünya Bankı (DB) Azərbaycanın nəqliyyat sektoruna yarım milyard dollardan çox vəsait ayıra bilər. Bundan ötrü, mayın 8-də Bakıda DB-nin nəqliyyat missiyasıyla Azərbaycan hökuməti arasında məsləhətləşmələr başlayıb. Müzakirələr zamanı bankın Ələt-Masallı və Bakı-Şamaxı-Muğan magistral yollarının yenidənqurulması layihələrinə 200 milyon dollar kredit ayırması dəqiqləşib. Azərbaycan tərəfi Hacıqabul-Beyləqan, Şamaxı-Yevlax və Yevlax- Zaqatala yollarının yenidənqurulması və genişləndirilməsində DB-nin iştirak etməsini istəyir.


Dünya Bankının Bakı ofisindən verilən məlumata görə, ümumilikdə Azərbaycanın nəqliyyat sektoruna 2010-cu ilə qədər 550 milyon dollara qədər vəsait yatırılacaq.