102 min ailə sosial yardım almaq istəyir

Aprelin 15-dən iyunun əvvəlinə qədər Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə ünvanlı sosial yardım almaq istəyən 102 min ailə müraciət edib. Onlardan yalnız 17 mini lazımi sənədləri təqdim edib. Bu barədə «Turan»a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ünvanlı Sosial Yardım Sektorunun rəisi Vəfa Mütəllimova bildirib.


2006-cı ilin dövlət büdcəsində ünvanlı sosial yardımın verilməsi üçün 380 mlrd. manata qədər vəsait ayrılıb, yardım almaq istəyən ailələrin aylıq gəlirləri adambaşı 30 yeni Azərbaycan manatını keçməməlidir. Yardımın məbləği isə real gəlirlə tələbat meyarı arasındakı fərq əsasında müəyyənləşdiriləcək.