ABŞ konqresi 2010-cu il büdcə planını təsdiq etdi

ABŞ konqresinin hər iki palatası prezident Barak Obamanın təklif etdiyi büdcə layihəsini təsdiq ediblər. Gələn il üçün nəzərdə tutulan büdcənin məbləği üç trilyon yarımdır.

Hazırda isə senat və palata nümayəndələri öz aralarında öz planları ilə bağlı razılığına gəlməlidirlər. Konqresin hər iki palatası respublikaçıların təklif etdiyi alternativ planı qəbul eləməmişdilər