«Milli Televiziya və Radio Şurası xarici televiziya və radioların Azərbaycanda yayımında maraqlı deyil. Amma dövlətin marağı varsa, olsun. Biz etiraz etmirik».
Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəhbəri Nuşirəvan Məhərrəmli belə deyir. Onun sözlərinə görə, Beynəlxalq Yayım Şurasından xarici radiolarla bağlı onlara daxil olan təklifləri Prezident Aparatına və Xarici İşlər Nazirliyinə veriblər. Bu qurumlar hazırda təkliflərə baxır.
N.Məhərrəmli deyir ki, dövlətin münasibəti məlum olandan sonra bu məsələyə baxacaqlar.
Azərbaycanda fəaliyyət göstərən xarici radioların fəaliyyəti 2009-cu il yanvarın 1-dən dayandırılıb. Beynəlxalq Yayım Şurası xarici radioların FM-də fəaliyyətinin bərpası ilə bağlı MTRŞ-a təkliflərini təqdim edib.