Strasburqda nümayiş keçirmək istəyən kütlə dağıdılıb

Fransa polisi bu gün Strasburqda NATO-nun sammitinə etiraz olaraq nümayiş keçirmək istəyən kütləni gözyaşardıcı qazla dağıdıb.

Onlar sammitin keçirildiyi şəhərin cənub hissəsinə keçmək istəyirmişlər.

Həmçinin başqa bir qrup günün sonunda şəhərin mərkəzində nümayiş keçirməyi planlaşdırır.

Əvvəlki günlər şəhərdə müharibə və kapitalizm əleyhinə keçirilən etiraz aksiyaları polislə toqquşmayla nəticələnib.