Bernar Fasye Yerevana gedib

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye aprelin 3-də İrəvana gedib.

Bu barədə Ans Press Ermənistanın “Panarmenian” agentliyinə istinadla xəbər verib.

Bernar Fasye bu ölkənin xarici işlər naziri Edvard Nalbandyan və Ermənistan prezidenti Serj Sarksiyanla görüşəcək.