Anders Foq Rasmussen NATO-nun Baş katibi seçilib

Anders Foq Rasmussen

Danimarkanın Baş naziri Anders Foq Rasmussen NATO-nun yeni Baş katibi seçilib.

Türkiyə Rasmussenin namizədliyinə qarşı çıxırdı. Amma ABŞ prezidenti Barak Obama Türkiyə rəhbərliyini Rasmussenin təyinatını dəstəkləməyə razı sala bilib.

Danimarka mətbuatı 2006-cı ildə Məhəmməd Peyğəmbərin karikaturlarını çap edəndə, Rasmussen bunu söz azadlığının ifadəsi kimi qiymətləndirmişdi.

NATO-nun indiki Baş katibi Yaap de Hoop Sxefferin səlahiyyət müddəti bu il iyulun 31-də başa çatır.

Sizin brauzer HTML5-i dəstəkləmir

NATO-nun 60 illiyinə həsr olunan mərasim