Piter Semnebi Bakıda səfərdədir

Sonuncu dəfə P. Semnebi Bakıda keçən il dekabrın 23-də olub

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıya gəlib.

APA xəbər agentliyinin verdiyi məlumata görə, avropalı diplomatın Azərbaycan Xarici İşlər Nazirliyində, rəsmi şəxslərlə, QHT rəhbərləri və siyasi partiyaların təmsilçiləri ilə görüşləri nəzərdə tutulur.

Görüşlərdə «Şərq Tərəfdaşlığı» proqramı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar Avropa İttifaqı – Azərbaycan münasibətlərinin müxtəlif aspektləri müzakirə olunacaq.

Sonuncu dəfə P. Semnebi Bakıda keçən il dekabrın 23-də olub.