Həmkarlar İttifaqının üzvləri aylıq maaşlarının 1-2 faizindən keçməli olurlar. Düzdür, bu rəqəm idarələr üzrə dəyişir, məsələn Neft Şirkətinin bəzi işçilərinin maaşından 2 faiz, bəzilərinkindən 1 faiz tutulur.
Həmkarların pulu necə yığılır?
Hər şey ondan başlayır ki, təzə işçi həmkarlar ittifaqına üzv olmaq istəyirsə, ərizə yazır, vəsiqə alır. Üstəlik maaşından həmkarlara pul tutulması üçün də işçi ayrıca ərizə yazılmalıdır. Ancaq indi əksər idarələrdə bu prosedurlar avtomatik edilir. Yəni işçinin adı mühasibat kağızına düşən kimi, onun maaşından həmkarlara pul tutulur. Ekspertlər deyir ki, həmkarların büdcəsi lap əvvəldən o qədər də «halal olmayan» əsaslarla formalaşır.
Müəllimlərə «bülleten» pulu haradan verilir?
Müəllim ordusunun maaşının 2 faizi həmkarlara gedir. Ölkə üzrə təxminən 170.000 orta məktəb müəllimi var, onların da orta aylıq maaşı 100 manatdır, beləliklə orta məktəb müəllimlərinin həmkarlara ödədiyi məbləğ ayda azı 340.000 manat edir.
Nə vaxtsa bu pulla müəllimləri «putyovkaya», müxtəlif yerlərə istirahətə göndərilirdi. İndi isə çox şey dəyişib. Əvvəla, həmkarlara yığılan pullar elə müəllimlərin «bülleten» (xəstəlik kağızı) pullarının ödənməsinə sərf olunur. Halbuki «bülleten» pulunun ayrılması qətiyyən həmkarların ittifaqlarının səlahiyyətində deyil. Bunu Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyir. «Bülleten pulu həmkarların əlində müəllimlərə təzyiq üçün bir vasitədir. Əslində bu pul bizim vergilərdən, sığorta pulundan verilir.»
Məlahət Mürşüdlü əlavə edir ki, həmkarlar müəllimlərə yardımlar da ayıra bilərlər.
«Əslində onların kvartal mükafatları, üzvlük haqqını tam yığmağa görə mükafatları var. Bu pullar əslində həmkarlara ayrılır, müəllimlərə də yardımlar edilməlidir. Ancaq 5 manat üçün protokol yazmağa, toplantı keçirməyə dəyərmi? 100-200 manat olsaydı, dərd yarıydı. Yardımlar göstərilir, orda yazılır, ancaq neçə adama, nə qədər bəlli deyil».
Adının çəkilməsini istəməyən bir həmkarlar ittifaqı sədri deyir ki, onların möhürü adətən məktəb direktorunda olur, möhür itə bilər deyə (!!!). Və ayrılan vəsait də bir qayda olaraq məktəb direktoru səviyyəsində bölüşdürülür. Baxmayaraq ki, «Həmkarlar İttifaqları haqqında» qanuna görə, idarə rəhbərliyinə daxil olan şəxslər həmin idarədə həmkarlara üzv ola bilməzlər.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı respublika Komitəsinin sədr müavini (təşkilatın sədri həm də AHİK-in sədri Səttar Mehbalıyevdir) Mirzə Cəfərzadə isə müəllimlərə həmkarlar ittifaqlarından yardımlar verilməsində heç bir problem olmadığını deyir.
«Keçən il Türkiyənin Antalya şəhərindəki istirahət yerlərinə ən qabaqcıl fəallarımızı göndərmişik. Nabranda yer götürmüşük, öz vəsaitimiz hesabına orda müəllimlərimiz üçün istirahət kompleksi tikirik».
Mirzə Cəfərzadə onu da deyir ki, ölkə prezidentinə, Milli Məclisə vaxtaşırı müraciət edirlər, müəllimlərin maaşları qaldırılır.
O ki qaldı həmkarların möhürünü məktəb direktorunun saxlamasına, «Məktəblərin hamısında həmkarların özünün ayrıca otağı, möhürü yoxdur. Adətən bankda hesabı olan təşkilatların möhürü olur. İlk təşkilatın imzasını rayon təşkilatı təsdiqləyir. İlk təşkilatın sədrilə rayon təşkilatının sədri smetanı birlikdə tuturlar. Ona praktik kömək məqsədilə. Smeta üzvlərdən yığılan üzvlük haqqına əsasən tutulur, ondan artıq tutula bilməz».
«Özləri İspaniyaya gedirlər, sadə neftçiləri Nabrana göndərirlər»
Ölkə üzrə hərdənbir səsi çıxan neftçilərin həmkarlar ittifaqlarıdır, xüsusilə xarici neft şirkətlərində, baxmayaraq ki, onların səsi əslində dolayısı ilə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsindən çıxır. Ötən ilin dekabrına olan məlumata görə, ölkədə təxminən 65.000 neftçi var. Onların maaşlarından həmkarlara gedən pul da ən çoxu 2 faizdir. Neft sənayesində orta maaş 500 manat olduğu halda, neftçilərin həmkarlara aylıq ödənişləri ayda təxminən 650.000 manat edir.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyir ki, neftçilərin həmkarlarının büdcəsinin 25 faizi «yuxarıya» gedir, halbuki bu rəqəmi həmkarlar özü təyin etməlidir. Qəhrəmanlının sözlərinə görə, bu, yerli həmkarların müstəqil olmamasını, yuxarılar qarşısında hesabat verdiyini göstərir.
Ancaq Həmkarlar İttifaqları Konfederasiyasının təşkilati işlər üzrə şöbəsinin rəis müavini Əli Cəfərova görə, yerli həmkarlardan konfederasiyaya yalnız üzvlük haqları gəlir ki, bu da hər bir təşkilatın öz nizamnaməsinə əsasən hesablanır. AHİK ancaq üzv təşkilatlar arasında koordinasiya işlərinə baxır, başqa işlərinə qarışmır, yerli həmkarlar bütün işlərdə, o cümlədən maliyyə məsələlərində müstəqildirlər.
Neftçilərin həmkarlara ödədiyi pulun da bir hissəsi müəllimlərdə olduğu kimi putyovkalara sərf olunmalıdır. Ancaq Mirvari Qəhrəmanlının deməsinə görə, «Özləri İspaniyaya gedirlər, sadə neftçiləri Nabrana-zada göndərirlər. İmkansız ailələrə yardım da edilməlidir, ancaq bunu da həmişə etmirlər. Heç həmin putyovkalar da bu il olmaya bilər».
Mirvari Qəhrəmanlı «bir fəhlənin belində oturmuş həmkarların» sayının da çox olduğunu deyir, «nə bilim, aşağı həmkarlar, yuxarı həmkarlar... Neftçilərin Həmkarları «Montin» parkının yanında ofisdə yerləşir. Qışda soyuqdan, yayda istidən çölə çıxmırlar. Biri fəhlənin güzəranyıla maraqlanmır».
Respublika Neft-Qaz İşçilərinin Həmkarlar İttifaqının sədri Cahangir Əliyevin əl telefonuna iki gün ərzində zəng etdik, ancaq cavab verən olmadı. İş telefonunu qaldıran xanımsa bildirdi ki, onların işi barədə məlumatı Dövlət Neft Şirkətinin saytından almaq olar (!!!). Cahangir Əliyevin səhhətində problem yaranıb, sağalan kimi danışmaq istəsə, bizimlə calayarlar.
Həmkarlar İttifaqları haqqında qanunda deyilir ki, həmkarlar müstəqil qurumlardır, dövlət idarələrinə, siyasi partiyalara, ictimai birliklərə tabe deyillər, onlara hesabat vermirlər, öz rəhbər orqanlarını seçir və geri çağırır, plenumlar, qurultaylar keçirirlər. Qanun 1994-cü ildə qəbul edilib.
Hazırda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) 1 milyon 500 min üzvü var. 16 il əvvəl yaradılmış bu qurum özündə 18610 həmkarlar ittifaqı təşkilatını birləşdirir.