DGK avtomobilləri dayandırmadan yoxlayan avadanlıqlar almaq istəyir

Dövlət Gömrük Komitəsi (DGK) avtomobilləri dayandırmadan yoxlaya bilən avadanlıqlar almaq istəyir. Komitənin sədri Aydın Əliyev jurnalistlərə deyib ki, artıq bir gömrük terminalında belə avadanlıq quraşdırılıb: «Hökumətə müraciət etmişik ki, DGK-nın büdcədənkənar fondunu artırsın. Belə olan təqdirdə, üç anoloji qurğu almağı planlaşdırırıq». Cənab Əliyev deyib ki, indi Komitə Samur Gömrük Postunun yaxınlığında Cənubi Qafqazda ən böyük gömrük terminalı tikir.