Prezident Bernar Fasyeni qəbul edib

Aprelin 7-də İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransalı həmsədri Bernar Fasyeni qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.