Barak Obama İraqa gedib

Birləşmiş Ştatların prezidenti Barak Obama Türkiyə səfərini başa vuraraq İraqa gedib.

Bu onun prezident kimi həmin ölkəyə ilk səfəridir.

Barak Obama jurnalistlərə deyib ki, o, İraqa ABŞ hərbçilərinə təşəkkür etmək üçün gəlib.

Ağ Evdən verilən məlumata görə Obama ABŞ hərbi bazasında İraqın baş naziri Nuri əl-Maliki ilə görüşəcək.

Bundan əvvəl Ağ Evdən bildirmişdilər ki, pis hava şəraiti helikopterin ucuşuna mane olduğundan Obama İraq liderləri ilə üzbəüz görüşə bilmir, onlara yalnız telefonla zəng edəcək.