Amnistiya Aktı hələlik 900-ə yaxın məhkuma şamil olunub

Novruz bayramı münasibəti ilə amnistiyaya düşən məhbusların hələlik 900-ə yaxını azadlığa buraxılıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, Amnistiya Aktı bu günədək 900-ə yaxın məhkuma şamil edilib və proses davam etdirilir.

Azərbaycan Milli Məclisi ötən ay «Novruz bayramı münasibəti ilə Amnistiya elan edilməsi haqqında» qərar qəbul edib.

Amnistiya Aktı ümumilikdə 9 min nəfərə şamil olunub. Akta əsasən 1700 şəxs azadlığa buraxılacaq.
/APA/