Ötən il Prezident Aparatında özünə qəsd etmiş sahibkar Rafiq Axundov hüquq-mühafizə orqanlarına şikayət etməkdə davam etdiyini bildirir:
«Bir çox yerə - məhkəmələrə, Prezident Aparatını, Ədliyyə Nazirliyinə, prokurorluğa şikayət etmişəm. Hələ də heç nə əldə edə bilməmişəm. Hər yerdən etiraz məktubu gəlir»
Rafiq Axundov 2008-ci il noyabrın 6-da Prezident Aparatının qəbul otağında özünə qəsd etmiş və qarın nahiyəsindən dörd kəsilmiş-deşilmiş yara və kəskin qanaxma ilə xəstəxanaya yerləşdirilmişdi.
O, «Azadlıq» radiosuna bildirmişdi ki, özünə qəsd etməsinin səbəbi neçə illərdir məhkəmələrdə süründürməçiliklə üzləşməsi, girov qoyduğu evinin əlindən alınmasıdır. Sahibkar deyirdi ki, o, yalnız zamin dayandığı halda bankdan sənəddə göstəriləndən artıq pul götürülüb. Bu səbəbdən də evinin əlindən alındığını bildirirdi.
Rafiq Axundov deyirdi ki, onun əlində bankla imzalanan müqavilənin əsli var. Burada R.Axundovun bir şirkət üçün evini girov qoymaqla zamin dayandığı göstərilir. Bankdan götürülən kreditin dəyəri isə 25 milyon köhnə manat olub. Bank isə iddia edir ki, bu məbləğ 62 milyondur. Bu səbəbdən R.Axundovun girov qoyduğu ev əlindən alınıb. Buna qədər Ali Məhkəmədə də həyatına sui-qəsdə cəhd göstərib. Dəfələrlə rəsmi şəxslərin qəbulunda olub. Ancaq şikayətlərini nəzərə alan olmayıb.