Nuri Əl Maliki Moskvaya gedir

İraqın baş naziri Nuri Əl Malikinin Rusiyaya səfəri başlayır.

Üç günlük səfər çərçivəsində Malikinin Rusiya prezidenti və baş naziri ilə görüşləri nəzərdə tutulub.

Gözlənilir ki, görüşlərdə əsas diqqət neft sahəsində əməkdaşlıq məsələlərinə yönələcək.