Amerikanın İraqa müdaxiləsinin 6-cı ilidir

Aprelin 9-u Amerika qoşunlarının İraqa müdaxiləsinin 6-cı ili tamam olur. Gözlənilir ki, ölkədə Amerika kontingentinin əleyhinə etiraz aksiyaları keçiriləcək.

Bu arada qadağan olunmuş «Baas» partiyasının lideri İzzət İbrahim Əl- Dauri iraqlı üsyançıları mübarizələrini davam etməyə çağırıb.

Son 3 gündə Bağdadda terror hadisələri zamanı azı 50 nəfər ölüb.