Asif Mərzili aprelin 7-də Yasamal rayon Məhkəməsində Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin iddiası ilə 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.
E.Abdullayev baş redaktorun ona böhtan atdığını, şərəf və ləyaqətini təhqir etdiyini iddia etmişdi.
Qəzetlə əməkdaşlıq edən müstəqil jurnalist Zümrüd Məmmədliyə isə 6 aylıq icbari iş kəsilmişdi. Apellyasiya Məhkəməsinin qərarı ilə Zümrüd Məmmədliyə kəsilmiş 6 aylıq icbari iş də ləğv edilib.
Aprelin 8-də prezident İlham Əliyev Mətbuat Şurasının sədri Əflatun Amaşovun həbs olunmuş baş redaktorla bağlı müraciətinə reaksiya verib.
Bu barədə Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
Ə. Həsənov deyib ki, prezident jurnalistin həbsi ilə bağlı xəbərdən təəssüfləndiyini bildirib. Dövlət başçısı bu kimi hallarda azadlıqdan məhrumetmə barədə qərar çıxarılmasındansa, tərəflər arasındakı problemlərin hüquqi yolla həllinə nail olmağın daha effektli ola biləcəyini söyləyib.
Beynəlxalq Jurnalistləri Müdafiə Mərkəzi hökuməti «Təzadlar» qəzetinin baş redaktorunu azadlığa buraxmağa çağırmışdı.