İran nüvə proqramıyla bağlı Qərblə danışıqlara hazırdır

İran nüvə proqramıyla bağlı ədalətli və qarşılıqlı hörmətə əsaslanan danışıqlara hazırdır. İran Prezidenti Mahmud Əhmədi Nejat bu gün İsfahanda, ölkənin ilk nüvə yanacağı zavodunun açılışında belə deyib.

Qərb dövlətləri narahatdırlar ki. İranın açdığı bu zavodda həm də atom bombası üçün xammal hazırlana bilər. İran isə nüvə proqramlarının ancaq sülh məqsədli olduğunu israrla bildirir.

Aprelin 8-də ABŞ bildirib ki, əvvəlki illərdən fərqli olaraq Britaniya, Çin, Fransa, Almaniya və Rusiyanın İranla nüvə proqramıyla bağlı danışıqlarda onlar da iştirak eləyəcəklər. Bu altılıq İranı nüvə proqramıyla bağlı yeni danışılqlara dəvət eləyib. İran rəsmiləri isə hələ bu dəvətə rəsmi cavab verməyib.

Qərb dövlətlərinin israrıyla BMT Təhlükəsizlik Şurası İrana qarşı 3 sanksiya paketi tətbiq eləyib.