İyunun 9-da Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bir qrup üzvü İranın Bakıdakı səfirliyi qarşısında piket keçirib. Aksiya iştirakçıları İran rəhbərliyini bu ölkədə yaşayan azərbaycanlılara qarşı ayrı seçkilikdə ittiham edərək onların bu hərəkətini pisləyib. Piketin qətnaməsi səfirliyin əməkdaşlarına təqdim edilib. Aksiyanın yekunlaşmasını istəməyən 3 nəfər saxlanılaraq Səbayel Rayon 9-cu Polis Bölməsinə aparılıb. Bu barədə «Azadlıq» radiosuna danışan AMİP lideri Etibar Məmmədov bildirdi ki, saxlanılan partiya fəalları bir qədər sonra sərbəst buraxılıblar.