...BDU-nun jurnalistika fakültəsi 70-ci illərdə onun bir addımlığındaydı (İstiqlaliyyət,6). Tələbəlik illərim bu ətraflarda keçib. Bu bağda çəkilən şəkillərim var.
Mən bu bağı sevirəm!
...Bağın düz ortasında Sağlamlıq Zonası vardı. Tələbə yoldaşımız İçərişəhərli Fəridə dərsdən sonra burada-qeydiyyatda işləyirdi. Odur ki həm bağı, həm də Fəridəni görməyə gedərdik....
Bir ara bağı yenidən qurdular, gözəl fəvvarə düzəltdilər (o vaxtlar fəvvarələrə indiki kimi gülmürdülər), yalançı dağlar, qayalar, yamaclar düzəltdilər. Telejurnalist işlədiyim dönəmlərdə həmin fəvvarənin önündən veriliş çəkdiyimizi unuda bilmirəm. Sən demə, suyu fəvvarəyə saatla verirlərmiş, çəkilişin şirin yerində sular dayandı. Zavallı rejissor nə qədər yalvardı, bir şey çıxmadı və biz «günəşdən, yəni Oktyabrdan don geyən ana vətənimizi» sonda fəvvarəsiz öyməli
olduq.
...Ana olmağa hazırlaşdığımda da bu bağa gələr, həm təmiz hava alar, həm də kitab oxuyardım. M.Bulqakovun «Master i Marqarita»sını, Q. Markesin «Sto let odinoçestva»sını elə skamyadaca bitirmişəm. Bir rus qadınının «Doçenka, tebe nelzya çitat takie knijki» dediyi hələ də qulağımdadır.
...Hə, ilk övladımın şəkli də elə bu «qayalıqların» üstündə çəkilib.
...Son illərin ən sevdiyim romanının ( «Əli və Nino») qəhrəmanları bu bağda, Qala divarlarının altındakı skamyada oturub sevişiblər.
...Ən bəyəndiyim Azərbaycan filminin («Gün keçdi») qəhrəmanları burda qartopu oynayıblar.
...Mən bu bağda kimləri görməmişəm, ilahi! Xan əmini, Maestro Niyazini, Səttar Bəhlulzadəni, Əbülfət Əliyevi, Yaqub Məmmədovu, Toğrul Nərimanbəyovu...
...İndi bildinizmi bu bağ mənə niyə əzizdir? Hə, nəyi unutdum.
Bu bağın 180 yaşı var!
1830-cu illərdə, İçərişəhər iki divar əhatəsində olan vaxt salınıb və uzun müddət şəhərin yeganə bağı sayılıb. Çox əziyyət bahasına başa gəlib. Bakının komendantı R.R.Xoven Lənkəran və İrandan gələn bütün gəmi sahiblərinin qarşısına bir şərt qoyubmuş: bir neçə çuval qara torpaq gətirməsəniz, cərimələnəcəksiniz! Bu torpaqların sayəsində əvvəlcə meyvə ağacları yetişir, sonra bəzək kolları.
1859-cu ildə bağda rəqs meydançası düzəldilir. Axşamlar sərin düşəndə orkestr çalırmış( Q. İlkin). Bağ şəhərin yaşıl adasına çevrilibmiş. Qara camaatı bura həftədə bir dəfə buraxırlarmış. Varlılar-məmurlar, neftxudalarsa nə vaxt ürəkləri istəsə gələ bilərlərmiş(!).
Filarmoniya necə tikildi?
20-ci yüzilin əvvəllərində burda bir taxta klub varmış. Təsadüfən bu klub yanır. Onun yerində Filarmoniya binası tikmək istəyirlər. Bu mübahisə doğurur. Çünki ağacları qırmaq lazım gələcəkdi. Ancaq Şəhər Duması yay klubunun tikilməsinə qərar verir. 1910-cu ildə başlanan yay klubu 1912-ci ildə başa çatır. Monte-Karlodakı Filarmoniyanın eynisi Bakıda da tikilir.
Yenə o bağ olaydı...
Ötən həftə 6 saylı məktəbdən çıxıb Filarmoniyanın önündəki dayanacağa üz tutdum. Və qeyri-ixtiyari özümü sevdiyim bağda gördüm. Bağ təmirdən çıxıbmış (böyük bir hissəsi). Sağ tərəfdə Qala divarları, solda gözəlim Filarmoniya. Ancaq bağ o deyildi. Gözəldi, ütülüydü, aydın səma üslubundaydı, amma o deyildi...
Bu bağ nə adlar görməyib?
Əvvəl II Nikolayın qardaşı Mixailin adına olub, ancaq camaat ona Qubernator bağı (Qoburnat) deyib. Çünki bağ qubernatorun eviylə üzbəüzmüş. Qubernator hər gün eyvanda oturub çay içə-içə bağı seyr edirmiş. Sovetlər gələndə bağın adını Pioner qoydular. Vahidin heykəlindən sonra Vahid bağı...
Təzə ad qoymayın!
Allah eşqinə, bağa təzə ad verməyin! Mixailə, Qubernatora, Pionerə, Vahidə qalmayan dünya kimə qalacaq ki? Ən yaxşısı onu yanındakı dünya gözəlinin adıyla çağırın! Ona filarmoniya bağı deyin. Onu sevdiyinə əmanət edin...