Neftə tələbat azalır

Dünyada neftə olan tələbat bu il azalacaq. Beynəlxalq Enerji Agentliyinin son araşdırmasında belə deyilir. Agentlik bildirir ki, bu il neftə tələbat ötən illə müqayisədə 2,8 faiz az olacaq.

Təşkilat bunu dünyanın zəngin ölkələrində tənəzzül və inkişaf etmiş ölkələrdə tələbatın azalacağı ilə əlaqələndirir.

Neftə tələbat 1980-ci ildən bu yana ilk dəfədir ki, bu qədər aşağıdır.