ABŞ kapitanı azad edildi

Rəsmi Vaşinqton təsdiq edib ki, Somalidə dəniz quldurları tərəfindən saxlanan Amerika gəmisinin kapitanı Riçard Fillipsin azad edilməsi üçün prezident Obama güc tətbiq etmə əmri verib. Bu haqda admiral Uilyam Qortni məlumat verib.

Admiralın sözlərinə görə kapitan Fillipsin həyatının təhlükədə olması güman edilən zaman snayper 3 dəniz quldurunu vura bilib. Amerika kapitanı azad edilib, dördüncü dəniz qulduru isə saxlanıb.

Bir neçə gün dəniz quldurları tərəfindən saxlanan kapitan Fillipsin səhhətinin normal olduğu bildirilir. Kapitan ötən çərşənbə axşamı qalan heyət üzvlərinin azad olunması əvəzində könüllü təslim olub.

Prezident Obama kapitanın azad edilməsini alqışlayıb və ABŞ Somali sahillərində dəniz quldurları isə qəti mübarizə aparacağını bildirib.