Hökumət əleyhinə nümayişlərdə 70 adam yaralanıb

Tailand baş nazir Taksin Şinavatranın tərəfdarları. 10 aprel 2009

Tailandda hökumət əleyhinə nümayişlərdə 70 adam yaralanıb.

Verilən məlumata görə Banqkokda atışma səsi eşidilib və nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə olunub. Buna cavab olaraq isə nümayişçilər polisə daş və butulka atıblar.

Nümayişçilər kurort şəhəri Patayyada ASEAN ölkələrinin sammitini də pozduqdan sonra ölkənin baş naziri Abhisit Vetçaçiva fövqəladə vəziyyət elan edib. Sammitə gəlmiş liderlər vertolyotlarla şəhərdən çıxarılıb.

Müxalifət tərəfdarları keçmiş baş nazir Taksin Şinavatranın geri qaytarılmasını tələb edirlər. O, 2006-cı il hərbi çevriliş zamanı vəzifəsindən kənarlaşdırılmışdı.