«Tanışlar var, çağırıblar, gəl, bəs iş var. İş deyəndə ki, alverlə məşğul olacağam. Gedən təkcə mən deyiləm. Elə ailələr var ki, 3-4 qardaşın hamısı Rusiyaya gedib. Düzü, bilmirəm, məni necə siyahıya alacaqlar, ancaq almasalar da olar, mənsiz də keçinərlər...»
32 yaşlı Bakı sakini Kamil Tağıyev Rusiyaya işləməyə gedir. Deyir ki, əhalinin siyahıya alınması haqqında eşidib. Ancaq onu siyahıyaalma maraqlandırmır, çünki elə bu axşam şəhərdən gedir.
Aprelin 13-dən Azərbaycanda əhalinin siyahıyaalınmasına başlanıb. Dövlət Statistika Komitəsinin Siyahıyaalma şöbəsindən verilən məlumata görə, bu proses 10 gün çəkəcək. Hökumət bunun üçün 8 milyon manat ayırıb.
24 min müvəqqəti işçi siyahıyaalınmaya cəlb olunub. Onlardan 19 min nəfəri əhalini sorğu-sual edəcək. Suallar isə şəxsin milliyyətindən tutmuş mənzil şəraitinə qədər 35 sualı əhatə edəcək. Əhalini sayan hər bir nəfərə 10 gün ərzində 400-dən artıq adamı siyahıya almaq tapşırılıb. Bir nəfərin gündə 400 nəfəri siyahıya ala biləcəyi də şübhə doğurur.
Ekspertlər deyirlər ki, Kamil Tağıyev kimi ölkəni tərk edən əməkçi miqrantların necə siyahıya alınacağı sual doğurur. Çünki onların xaricdə olması ölkə əhalisinin sayına birbaşa təsir göstərir. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzindən Rövşən Ağayev:
«Adətən əmək miqrantları gənclər olur. Onlar ağır şərtlər altında işləyirlər. Özləri gedirlər və ailə qurmaq haqda da ciddi fikirləşmirlər. Belə bir standart var ki, əmək mühacirləri adətən getdikləri ölkələrdə 3-5 ildən çox qalmırlar, qazandıqları pulu götürüb gəlirlər. Azərbaycandan gedənlər isə belə deyil. Onlar gedirlər və 10 illərlə qayıdıb gəlmirlər».
Qeyri-rəsmi məlumatlara görə, Rusiya və MDB ölkələrində 2 milyondan artıq azərbaycanlı miqrant var. Onların yarıdan çoxu 20-35 yaş arasında olan kişilərdir.
Dövlət Statistika Komitəsinin Əhalini siyahıya alma şöbəsinin müdiri Ziyad Abbasəliyev isə deyir ki, Kamil və onun kimilərin siyahıya alınmasında bunlar nəzərə alınacaq:
«Bir ildən artıq Azərbaycandan kənarda yaşayanlar siyahıya alınmayacaq. Yəni, bu tamamilə çıxıb gedənlərə aiddir. Ancaq 12 aydan az müddətə gedənlər və burdakı ailəsi ilə əlaqəsini kəsməyən insanlar, yəni, gedib-gələnlər Azərbaycanın daimi əhalisi kimi siyahıya alınacaq. Onlar ailə üzvləri və yaxın qohumlarından birinin sözünə görə, siyahıya alınacaq. Bu Azərbaycanla heç bir əlaqəsi olmayanlara aid deyil».
Ziyad Abbasəliyev deyir ki, oxumağa və dövlət xəttiylə uzunmüddətli işləməyə gedənlər də Azərbaycanın həmin ölkələrdəki səfirliklərinin xəttiylə siyahıya alınacaq.
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev isə deyir ki, bu siyahıyaalma hər şeydən əvvəl ölkə əhalisinin sayını dəqiq göstərəcək:
«Əsas məsələ odur ki, əhalinin siyahıyaalınması ilə cari uçotun məlumatları dəqiqləşdiriləcək. Bəzən cari uçotda doğulanlar vaxtlı-vaxtında qeydiyyatdan keçmir. Ya da başqa yerə gedənlər yaşadıqları yerdən qeydiyyatdan çıxmırlar. Bununla da əhalinin sayında cari uçotla siyahıyalınma fərq yaranır».
Arif Vəliyevin sözlərinə görə, siyahıyaalınma ilə bağlı toplanan məlumatlar əsasında bir il ərzində araşdırmalar aparılacaq. Araşdırmalar başa çatandan sonra siyahıyaalmanın yekunları dərc ediləcək. Yekunlarla bağlı oncildlik bir nəşr və ümumi məlumat kitabı nəşr olunacaq.
Azərbaycanda sonuncu dəfə əhali 1999-cu ildə siyahıya alınıb.
Ekspertlər həmin siyahıyaalınma prosesini qüsurlu adlandırıb, demoqrafik durumu düzgün əks etdirmədiyini demişdilər. Rəsmi məlumatlara görə, hazırda Azərbaycanda əhalinin sayı 8 milyon 753 min nəfərdir.