Pakistanın şimal-qərbinə şəriət qanunları tətbiq olunub

Pakistan prezidenti Asif Əli Zərdari Svat dərəsində şəriət qanunlarının tətbiqi ilə bağlı sərəncam imzalayıb. Prezidentin sözçüsü Fərəhnaz İspahani «Associated Press» agentliyinə belə bir sərəncamın aprelin 13-ü axşam imzalandığını təsdiqləyib.

Bundan əvvəlsə, Milli Şuranın deputatları prezidenti şəriət qanunlarının tətbiqini dəstəkləməyə çağırmışdı.

Bu razılaşma rəsmi İslamabadla «Taliban» tərəfdarları arasında atəşkəs razılaşması çərçivəsində edilən addımdır.

Qərb ölkələri və hüquq müdafiəçiləri dəfələrlə bəyan ediblər ki, «Taliban» və «Əl-Qaidə» tərəfdarlarının nəzarət etdiyi rayonlara şəriət qanunlarının yeridilməsi ekstremistlərin mövqeyini gücləndirəcək.