Polşada matəm elan olunub

Polşada evsizlər üçün internatda baş verən yanğına görə 3 günlük matəm elan olunub. Yanğın aprelin 13-ü səhər ölkənin şimal qərbindəki -Kamien Pomorski şəhərində olub, azı 21 nəfər ölüb.
Ölənlərin azı 6-sı uşaqdır.

Hazırda yanğının səbəbləri araşdırılır.

Hadisə yerinə prezident Lex Kaçinski də baş çəkib.

Bu son 30 ildə Polşada ölümlə nəticələnən ən pis yanğın hesab olunur.