Jurnalistin məhkəməsi başlayıb

İranda Amerika-İran jurnalist Rohana Saberinin məhkəməsi başlayıb. 31 yaşlı jurnalist yanvar ayından həbsdədir. O, casusluqda ittiham olunur.

Məhkəmə sözçüsü Əlirza Camşidi bildirib ki, ilk iclas aprelin 13-də keçirilib, qərarın tezliklə veriləcəyi gözlənilir.

İran hökumət əvvəllər Rohana Saberini müvafiq sənədi olmadan jurnalist işlədiyini deyirdi. Daha sonra onu casusluqda ittiham ediblər.

Amerika Dövlət Departamenti ittihamın «əsassız» olduğunu deyib.