YAP aprelin 15-də keçirilən müzakirələrə qatıla bilər

«Partiyalarının təşəbbüsü ilə keçirilən müzakirələr bizdə qatıla bilərik»

«Sərhədlərin açılması məsələsi ilə bağlı Yeni Azərbaycan Partiyası dəfələrlə öz mövqeyini açıqlayıb. Bəzi mətbuat orqanları YAP-ın bu məsələdə guya sakitcə dayandığını iddia edir. Nə etməli idik? Hay-küymü qaldırmalı idik? Saçımızımı yolmalıydıq? Və yaxud da gedib Türkiyə səfirliyinin qarşısındamı durmalıydıq?»-, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı belə deyib.

O YAP-ın AKP və digər Türkiyə partiyaları ilə əlaqələrinin olduğunu bildirib. Deyib ki, YAP siyasi partiyaların təşəbbüsü ilə aprelin 15-də keçirilən müzakirələrə qatıla bilər:

«Partiyalarının təşəbbüsü ilə keçirilən müzakirələr bizdə qatıla bilərik».

Aprelin 15-də «Türkiyə və Azərbaycan, ortaq maraqlar və problemlər» mövzusunda Bakıda forum keçiriləcək.

Tədbirdə Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarının nümayəndələrinin iştirakı gözlənilir.

Hakim AKP-dən olan millət vəkilləri forumda iştirak etməyəcəklər.

Türk parlamentarilərini Bakıya Milli Məclisin azlıqda olan partiyaları dəvət edib.

Əsas məqsəd Türkiyə-Ermənistan sərhədlərinin Dağlıq Qarabağ münaqişəsi çözülmədən açılmasının ehtimal olunan fəsadlarını müzakirə etməkdir. Türkiyəli deputatların Azərbaycana səfəri aprelin 17-də başa çatacaq.