İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair fərman imzalayıb

Prezident İlham Əliyev 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafına dair fərman imzalayıb.

Yeni proqram ölkənin təbii və əmək potensialından səmərəli istifadə edilməsi ilə qeyri-neft sektorunun inkişafını, infrastrukturun daha da yaxşılaşdırılmasını, sahibkarlığın inkişafının sürətləndirilməsini, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasını, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılmasını, eləcə də məşğulluğun təmin olunmasını və yoxsulluğun azaldılmasını nəzərdə tutur.