Əsirlikdə olan Azərbaycan əsgəri evinə məktub yazıb

Ermənistanda əsirlikdə olan Azərbaycan əsgəri Rafiq Həsənov ailəsinə növbəti məktub göndərib.

Əsgərin atası Rəhman Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, məktubu onlara bu gün Qızıl Xaç Komitəsinin nümayəndələri çatdırıblar.

Rus dilində yazılmış məktubda əsgər vəziyyətinin yaxşı olduğunu yazır.

1989-cu il təvəllüdlü əsgər Rafiq Həsənov ötən il oktyabrın 8-də Qazax rayonu ərazisində naməlum şəraitdə əsir götürülüb.