Rusiya və ABŞ nüvə silahıyla bağlı danışıqlara başlayır

Rusiya və ABŞ gələn həftə nüvə başlıqlarının azaldılmasıyla bağlı danışıqlara başlayacaqlar. Rusiyanın xarici işlər nazirliyi bildirib ki, daha öncə iki ölkə prezidentlərinin görüşündə bu haqda razılığa gəlinib.

Xarici İşlər Nazirinin sözçüsü Andrei Nesterenko deyib ki, danışıqlar aprelin 24-də Romada başlanacaq. ABŞ-I Dövlət Katibi Hillari Klinton, Rusiyanı isə Xarici İşlər Naziri Sergey Lavrov təmsil edəcək.

Dmitri Medvedev və Barak Obama ayın əvvəlində bəyan eləmişdilər ki, indi qüvədə olan Strateji Silahların Azaldılması Sazişinin qüvvəsi başa çatana qədər yeni sənədi imzalamağı düşünürlər.

İndi qüvvədə olan saziş 1991-ci ildə imzalanıb və bu ilin dekabrında başa çatır.