«Azərenerji» Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev deyir ki, elektrik enerjisi haqqının yığım göstəricilərində əhali qrupu üzrə irəliləyişlər var. Ancaq bir sıra müəssisələrlə bağlı problemlər qalmaqdadır. Məsələn, «Azərsu» Səhmdar Cəmiyyəti ödənişləri tam etmir. Bu ilin üç ayı ərzində istifadə etdiyi enerjinin cəmi 20 faizinin pulunu ödəyib. Beləliklə də bu müəssisənin «Azərenerji»yə ilin ilk ayları ərzində artıq 2,5 milyon manat borcu yaranıb.
Digər belə ödəyici isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidir. Qaçqın və məcburi köçkünlərin istifadə etdiyi elektrik enerjisi haqqının yalnız 50 faizini ödəyə bilən komitənin «Azərenerji»yə borcu artıq 149 milyon manata çatıb.
Etibar Pirverdiyevin sözlərinə görə, dünyada neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, Azərbaycanda elektrik enerjisinin qiymətinin aşağı salınması gözlənilmir. Çünki qlobal maliyyə böhranından sonra da «Azərenerji»nin elektrik enerjisinin istehsalı üçün aldığı mazutun və qazın qiymətində heç bir dəyişiklik baş verməyib.