Aprelin 16-da Gürcüstan Aleksandr Kuznetsov adlı Rusiya vətəndaşını saxlayıb. Tbilisi onun Kremlin himayəsində olan "Nashi" adlı gənclər təşkilatının üzvü olduğunu və separatçı Cənubi Osetiyanın yaxınlığında təxribat hazırladığını deyir.
Rusiyanın Xarici İşlər Nazirliyi aprelin 17-də yaydığı bəyanatda qeyd edir ki, Tbilsiinin bu addımı Gürcüstana səfər edən Rusiya vətəndaşları arasında xüsusi xidmət orqanlarının təxribatlarına məruz qalacaqları barədə narahatlıq yaradacaq.
Nazirlik Aleksandr Kuznetsovun dərhal Rusiyaya verilməli olduğunu bildirir.