Türkiyədə PKK-nın 51 üzvünə qarşı ittiham irəli sürülüb

Türkiyə məhkəməsi PKK-nın üzvü olan 51 nəfərə qarşı ittiham irəli sürüb.

Bu barədə rəsmi Anadolu agentliyi xəbər verir.

Onlar həftənin əvvəllərində ölkədə bu təşkilatın üzvlərinə qarşı keçirilmiş reyd zamanı yaxalanıblar.

Kürd üsyançılarını özündə birləşdirən bu təşkilat 1984-cü ildən bu yana Türkiyənin cənub-şərqində müstəqillik uğrunda silahlı mübarizə aparırlar.