NATO Bakıda təlimlər keçir

Aprelin 18-də Bakıda Sülh Naminə Tərəfdaşlıq ruhunda «Regional Cavab-2009» Beynəlxalq hərbi təliminə start verilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 18-26 aprel tarixində keçirilməsi nəzərdə tutulan təlim Azərbaycan ilə NATO arasında hazırkı əməkdaşlığı tənzimləyən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində planlaşdırılan tədbirlərə töhfə vermək məqsədi daşıyır.

Təlimlər əsasən nəzarət-keçid məntəqələrinin yoxlanılmasını, yolların təhlükəsizliyini, məhdud sənədlərin, təchizat və materialların hazırlanmasını, əlaqələndirilmənin təşkili, binanın mühasirəsi və axtarılmasını, döyüşə cəlb olunma qaydaları, müntəzəm və müfəssəl məruzələrin hazırlanmasını əhatə edəcək.