Artıq içkinin fəsadları…

Artıq içmək səhhətin pozulması, xüsusilə də çəkinin artmasına gətirib çıxardır

İnsanların əksəriyyəti bilmirlər ki, bir badə şərab bir dilim pirojna qədər kaloriyə (120) malikdir. Yarım litr yüngül pivədə isə kiçik bir sosiskada olduğu qədər -170 kalori var.

İngiltərə alimləri araşdırmalardan sonra bu nəticəyə gəliblər. İngiltərədə Səhiyyə departamentinin apardığı araşdırma göstərib ki, tez-tez pivə içən şəxs bir il ərzində 221 kökə yemiş insan qədər çəki artırır.

Orta səviyyədə şərab içən şəxs isə ayda 2 min kalori alır. Bu da bir il ərzində 38 dəfə şam yeməyində qızardılmış mal əti yeməklə eynidir.

Səhiyyə naziri Fil Hop deyir ki, məsləhət bilinəndən artıq içmək səhhətin pozulması, xüsusilə də çəkinin artmasına gətirib çıxardır.