Gürcü müxalifəti yenidən paytaxt Tbilisidə aksiyalarını bərpa edir. Aprelin 22-də müxalifət regiondan olan tərəfdarlarını şəhərə toplamaq niyyətindədir.
Müxalifət şəhərin bir neçə yerində qəfəslər qurub. Bununla Gürcüstanın polis dövlətinə çevrildiyini bildirirlər.
Müxalifət bəyan edib ki, onlar aksiyalarını prezident Mixail Saakaşvili istefaya gedənəcən davam etdirəcəklər.
Prezident tələbi rədd edib, 2013-cü ilə qədər səlahiyyətlərinin icrasını davam etdirəcəyini bildirib.
Nümayişçilər aprelin 9-dan prezident M. Saakaşvilinin istefasını tələb edən aksiyalar keçirir. Pasxa bayramına görə nümayişlərə 4 gün ərzində ara verilmişdi.