Bakı Hava Limanı gecə reyslərinin qəbulunu dayandırır

Aeroport təyyarələri səhər saat 7-dən gecə saat 00:00-dək qəbul edəcək
İyulun 2-dən Heydər Əliyev adına Bakı Hava Limanı gecə reyslərinin qəbulunu dayandırır. Bu barədə «Azadlıq» Radiosuna Azərbaycan Hava Yolları (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumat verib. O bildirib ki, bu barədə AZAL-ın prezidenti Cahangir Əsgərov əmr imzalayıb.

«Bu Bakı əhalisinin sosial müdafiəsinin təmin olunması və gecə saatlarında normal istirahət üçün şəraitin yaradılması ilə əlaqədardır».

M. Səfərli daha sonra deyib: «Əməkdaşlıq etdiyimiz aviaşirkətlərə məlumat verəcəyik. Problem olacağını düşünmürəm».

Heydər Əliyev adına Bakı Hava Limanı iyulun 2-dən dövlət, sanitar, xilasedici, humanitar və digər aeroportlarda çətin meteoroloji şərait səbəbindən eniş etmək məcburiyyətində qalan reyslər istisna olmaqla, gecə reyslərinin qəbulunu dayandırır.

Aeroport təyyarələri səhər saat 7-dən gecə saat 00:00-dək qəbul edəcək.