ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı, general Norton Şvarts Azərbaycanda səfərdədir. Səfərin məqsədi Azərbaycanla hərbi əməkdaşlıq məsələlərini, həmçinin NATO ilə Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı üzrə ABŞ-ın Azərbaycana göstərdiyi dəstəyi müzakirə etməkdir.
ABŞ səfirliyinin məlumatına görə, general Şvarts Azərbaycan Müdafiə Nazirliyi nümayəndələri ilə məsləhətləşmələr aparır.