Gürcüstan, Cənubi Osetiya və Rusiya danışıqlara başlayırlar

Aprelin 23-ü Gürcüstan, Cənubi Osetiya, Rusiya, Avropa Şurası və ATƏT nümayəndələri Gürcüstan və Cənubi Osetiya sərhədində yerləşən gürcü kəndi Erqnetidə görüş keçirəcəklər. Verilən məlumaat görə tərəflər regiondakı gərginliyi azaltmaq yollarını müzakirə edəcəklər.

«Münaqişələrin qarşısının alınması mexanimzi» adlanan tədbirlər çərçivəsində bu ilk görüşdür. Bu mexanizm haqqında razılaşma fevralda Cenevrədə keçirilən danışıqlar zamanı əldə olunub